"Qalatasaray" baş məşqçisi videosunu yayan şəxsə ağır cəza istədi

"Qalatasaray"ın kişi basketbol komandasının baş məşqçisi Ərgin Ataman bir müddət əvvəl klubun məsləhətçisi Şeyda Coşqunla oteldəki görüşünün görüntülərini mətbuata sızdıran təhlükəsizlik idarəsinin rəisini məhkəməyə verib. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, Ərgin Ataman şəxsi həyatının mətbuata sızdırmalısına görə məhkəməyə verdiyi Əli Hüseyn Çataldaşa 5 il müddətinə həbs cəzasının verilməsini tələb edir.

Qeyd edək ki, məlum görüntülər 2013-cü il aprelin 1-də mətbuatda ictimailəşib. Ə.Ataman həmin vaxt komanda ilə birgə təlim məşq toplantısında olub və görüntülərinin mediada yayılmasından gec xəbər tutub. Hadisədən sonra Əli Hüseyn Çataldaş işlədiyi oteldən xaric edilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31