"İnter"in son oyunu: Rəqib Cənubi Koreya klubudur

Bakının "İnter" klubu Antalya toplanışı çərçivəsində bu gün son yoxlama matçına çıxacaq. Komandamızın rəqibi Cənubi Koreya təmsilçisi "Jeju United" komandası olacaq. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyun Bakı vaxtıyla 17.00-da başlanacaq.

Qeyd edək ki, "İnter" vətənə yanvarın 24-də qayıdacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31