FIFA təlimatçısı azərbaycanlı hakimlərin məşqində

FİFA təlimatçısı Aleksey Spirin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin düşərgəsində olub. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, təlimatçı hakimlərin nəzəri məşğələlərində iştirak edib. Öz təcrübəsini hakimlərimizlə bölüşən məsul şəxs son yeniliklər barədə məlumat verib. A.Spirin yanvarın 25-dək Antalya şəhərində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31