“Simurq” rumınlarla sülh bağladı

"Simurq" Antalya toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Komandamızın rəqibi Rumıniyanın "Astra" klubu olub. Hazırlıq çərçivəsində dördüncü yoxlama matçına çıxan Zaqatala təmsilçisi qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 25-də ölkəyə qayıtmağı planlaşdıran "Simurq" təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirdəcək. Bundan əvvəl isə komandamız ilk oyunda Qazaxıstanın "Şaxtyor" klubuna 3:1 hesabı ilə qalib gəlsə də, "Dyusburq"a 4:1, digər qazax təmsilçisi "İrtış"a isə 3:0 hesabı ilə məğlub olub.  Qeyd edək ki, "Simurq" sabah bir məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmalarından sonra futbolçulara istirahət veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31