“Neftçi” “Volın”la qarşılaşacaq

"Neftçi" PFK Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız Ukraynanın "Volın" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Qeyd edək ki, "Neftçi" Antalyada üç yoxlama oyunu keçirib. Komandamız Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0) və "Elazığspor" (0:1) klubları ilə üz-üzə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31