AFFA saxta sənədli futbolçu ilə bağlı qərar verdi
21 Yanvar 2015 16:04 İdmanAzərbaycan çempionatında növbəti saxtakarlıq faktı aşkarlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi U-14 Liqasında saxta sənədlə çıxış edən futbolçunun çıxış etdiyini üzə çıxarıb. Belə ki, Yardımlının "Dinamo" klubunun üzvü Cavidan Bağışlının sənədlərinin düzgün olmadığı aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara "Dinamo"ya texniki məğlubiyyət verilir
Qeyd edək ki, İntizam Komitəsinin son illərdə dəfələrlə belə halları üzə çıxarıb və müvafiq qərar da verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31