"İnter" – Bakı “Metallist”lə qarşılaşdı

Bakının "İnter" klubunun Antalyada təlim-məşq toplanışı davam edir. Komanda bu çərçivədə növbəti yoxlama matçına çıxıb. Ukraynanın "Metallist" komandasıyla baş tutan qarşılaşma 1:1 hesabıyla başa çatıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamızın heyətində Yohan Bokonyano fərqləndi. "İnter"in futbolçuları meydançaya qollarında qara sarğıyla çıxıblar. Oyunöncəsi qanlı 20 Yanvar hadisələrində həlak olmuş soydaşlarımızın əziz xatirələri birdəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, "İnter" toplanış çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Türkiyənin "İnegölspor" klubunu 4:1, Qazaxıstan təmsilçisi "Kayrat" komandasını 3:1, Türkiyənin "Kasımpaşa" klubunu 3:1 hesabıyla məğlub etmiş, Almaniyanın "Energi" klubu ilə sülh bağlamışdı - 1:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31