“Xəzər Lənkəran”ın növbəti sınağı
21 Yanvar 2015 12:30 İdmanAntalya toplanışı çərçivəsində hazırlığını davam etdirən "Xəzər Lənkəran" yanvarın 21-də növbəti yoxlama oyununa çıxacaq. Sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi "Universitatea Craiova" klubudur. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib hazırda 17 oyundan 29 xal toplamaqla turnir çədvəlində 6-cı sırada qərarlaşıb. Matç, Bakı vaxtı ilə saat 19:00-da "Papillon Futbol Mərkəzi"nin futbol meydançasında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31