Azərbaycan yığması böyükhesablı qələbə qazanıb
21 Yanvar 2015 12:05 İdmanTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Kundu Spor" komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb - 8:0. Qara Qarayev və Səid İbadov dubl edib. Hərəyə 1 dəfə Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov fərqlənib. 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbəlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31