“Xəzər-Lənkəran” hazırlığı davam etdirir

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlığını davam etdirir. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Metallurq"la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz bugün məşqlərini bərpa edib.  Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək. Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31