“Qarabağ” yenidən məşqlərə başladı
19 Yanvar 2015 17:17 İdmanAğdamın "Qarabağ" FK yenidən məşqlərə başlayıb. Antalyada təlim-məşq toplanşına davam edən komandamız 1 günlük fasilədən sonra məşqləri yenidən bərpa edib. Baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 gün istirahət imkanı yaratmışdı. Klubun ilk məşqi 90 dəqiqə davam edib. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutub. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb. Qeyd edək ki, səhər məşqində Çumbinyo xaric bütün futbolçular iştirak ediblər. Braziliyalı futbolçu trenajor zalında xüsusi proqramla məşq edib. Komandanın ikinci məşqi axşam saatlarına baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31