Neftçi" Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq
19 Yanvar 2015 15:28 İdmanNeftçi" PFK Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız Çinin "Guizhou Rehne" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31