Məşqçilər korpusu bir neçə oyun izləyib
19 Yanvar 2015 15:20 İdmanTopaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının və U-21 yğmasının məqşçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri klubların oyunlarını izləyiblər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məşqçilər korpusu "Qaziantep B.Ş. BLD.Spor" - "Giresunspor" qarşılaşmasını, "Qarabağ", "Qəbələ", "İnter" və "Simurq" klubunun, habelə Azərbaycan U-16 yığmasının keçirdiyi yoxlama oyunlarını izləyib, eləcə də "Neftçi", "Simurq", "İnter" və "Xəzər Lənkəran" klublarının məşqçiləri və rəhbər şəxsləri ilə görüş keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31