Azərbaycan yığması BƏƏ və Macarıstanı məğlub etdi
19 Yanvar 2015 13:15 İdmanBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib. Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub - 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31