Azərbaycan yığması serblərin daşını daş üstündə qoymadı: 5:0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Serbiyanın "Fenerbahçe Balkan Akademiyası" U-17 komandası ilə qarşılaşan yığmamız 5:0 hesablı qələbə qazanıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Fərid Nəbiyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Pilağa Mehdiyev, Samir Əliyev və Nemət Məmmədrəhimov fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31