Azərbaycan millisi Finlandiyada hazırlıq keçəcək

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. Yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31