Vaqif Sadıqov: “Onları ölkə futboluna qazandırmalıyıq”
16 Yanvar 2015 14:59 İdmanAntalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov aşağı yaş qruplarına daxil olan futbolçuların yetişməsi istiqamətində görülən işlərlə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib. "AFFA tərəfindən müxtəlif yaş qruplarına aid yığma komandalar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Bu, futbolçuların daimi oyun praktikası qazanmasına kömək edir. Biz isə yetişməkdə olan gənc nəslin peşəkar futbolçu dövrünə keçid mərhələsində itib-batmaması üzərində fikirləşməliyik. Yeni nəsildə bacarıqlı futbolçular az deyil. Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq" - deyə V.Sadıqov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31