Prosineçki: “Ümidverici futbolçular görürəm”

Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın rəsmi saytına açıqlama verib. "Oyunlarda ümidverici futbolçular görürəm. "Qarabağ"ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edərdim. Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ 10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm. Yeni futbolçuların diqqətimi cəlb edə biləcəyi istisna deyil" - deyə Prosineçki bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31