“Simurq” Almaniyanın məşhur klubu ilə qarşılaşdı və …
16 Yanvar 2015 11:59 İdmanAntalyada qış təlim-məşq toplanışında olan "Simurq", bu gün hazırlıq çərçivəsində ikinci yoxlama görüşünə çıxıb. Komandamızın rəqibi Almaniyanın "Dyusburq" klubu olub. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, "sarı-qaralar"ın baş məşqçisi Georgi Çixradze qalib heyəti dəyişməzlər prinsipinə uyğun olaraq, ilk görüşdəki 11-i meydana buraxıb. Yalnız yüksək temperatur səbəbindən bu oyunda forma geyinə bilməyən İlkin Qırtımovun əvəzinə Kənan Müslümova şans verilib. "Simurq" ilk yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlsə də, "Dyusburq"la matçda bu nəticəsin davam etdirə bilmədi. İkinci hissəni demək olar ki, 10 nəfərlə oynayan komandamız 4:1 hesabı ilə almanlara məğlub oldu. Sabah hazırlıq proqramına əsasən məşqçilər korpusu yetirmələrinə istirahət verəcək. Komandamızın növbəti yoxlama görüşü isə yanvarın 18-nə nəzərdə tutulub. Rəqib Qazaxıstanın "İrtış" klubu olacaq. 20 Yanvar şəhidləri tək Azərbaycanın deyil, həm də islam aləminin şəhidləri kimi tanınmalıdır