“Qəbələ” “Kunduspor”la sülh bağladı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası dünən ikinci oyununu keçirib. İlk oyunda "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan təmsilçimiz (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib. Matç 2:2 hesabilə yekunlaşıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, təmsilçimizin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. "Qırmızı-qaralar"ın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına yanvarın 16-da aydınlıq gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31