"Qlobus" şirkətində yanğın baş verib
16 Yanvar 2015 11:17 İdmanBakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan "Qlobus" şirkətində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə şirkətin ikimərtəbəli 10 otaqlı ofisinin 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları və əşyaları 35 kv.m sahədə yanıb. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31