Azərbaycan yığması Macarıstanı darmadağın etdi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz Macarıstan yığması ilə qarşılaşıb. Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31