Bu hamımızın uğurudur
Ağdamın “Qarabağ” Futbol Klubu
15 Yanvar 2015 17:29 İdmanBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəyinə əsasən 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısına düşüb. "Qarabağ" dünyanın 100 ən yaxşı klubu sırasında 78-ci yerdə qərarlaşıb. "OLAYLAR"-ın xəbərinə görə, bununla bağlı fikirlərinin bölüşən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu Azərbaycan idmanının, Azərbaycan reallığının böyük qələbəsi kimi qəbul edilə bilər: "Bir çox məsələlərdə olduğu kimi, futbolda da Azərbaycan komandaları tədricən yüksək nüfuza sahib olurlar. Bu müvafiq idman təşkilatlarının, sponsorların, məşqçi heyətinin, idmançılarımızın, ən əsası isə komandasını oyunlarda öz dəstəyi ilə tək qoymayan azarkeşlərimizin qələbəsidir. Bu hamımızın uğuru və sevincidir"..