“Qarabağ” – “Sürix” oyunun başlama vaxtı bəlli oldu

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" FK-nın 6 yoxlama oyununa çıxacağı barədə xəbər vermişdik. Klub bu çərçivədə ilk oyununu yanvarın 17-də Xorvatiya təmsilçisi "RNK Split"ə qarşı keçirəcək. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, saat 19:00-da start götürəcək qarşılaşma Belek bölgəsindəki "Piapilyon" otelinə məxsus futbol meydançasında baş tutacaq. 21 Yanvarda baş tutacaq "Sürix"lə qarşılaşma isə 19:30-da "İC Santai"nin futbol meydançasında keçiriləcək.
"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:
17 Yanvar - RNK Split (Xorvatiya)
21 Yanvar - Sürix (İsveçrə)
24 Yanvar - Levski (Bolqarıstan)
27 Yanvar - Legiya (Polşa)
29 Yanvar - Mordoviya (Rusiya)
31 Yanvar - Targu Mures (Ruminiya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31