Tennisçilərimiz İranda IV Fəcr Kubokunda iştirak edəcək
15 Yanvar 2015 14:18 İdmanCari ilin 17- 20 yanvar tarixlərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində IV Fəcr Kuboku uğrunda yarışlar keçiriləcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, milli yığma komandanın 4 kişi və 4 qadından ibarət üzvləri sözügedən tədbirə qatılmaq üçün yanvar ayının 16- da Tehran şəhərinə yola düşəcəklər. İdmançılarımıza məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasova rəhbərlik edəcək. Kubok yarışlarında Rusiya, Belorus, Türkmənistan, Macarıstan, Cənubi Koreya, Livan, İraq, Əfqanıstan, İndoneziya, Almaniya, Serbiya ölkələrinin idmançılarının iştirakı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31