Prosineçki “Neftçi” – “Hajer” oyununu izlədi

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki "Neftçi" -  "Hajer" (Səudiyyə Ərəbistanı) oyununu izləyib, sonra R.Prosineçki və Yaşar Vahabzadə "Neftçi"nin baş məqşçisi Arif Əsədovla görüşüblər. Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov "Xəzər Lənkəran" - "Kemnitser" (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov "Qəbələ" - "Eskişehirspor" (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə "İnter" - "Kayrat" (Qazaxıstan) qarşılaşmasını izləyiblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31