"İnter" – Bakı Qazaxıstan çempionunu məğlub etdi

Bakının "İnter" FK Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Komanda bu çərçivədə 3-cü yoxlama matçına çıxıb. Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşmada "İnter" qalib gəlib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1:3 hesabıyla başa çatmış oyunda Nizami Hacıyev, Diyeqo Madriqal və Mikel Alvaro fərqləniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31