U-15 “Antalyaspor”a məğlub oldu
15 Yanvar 2015 12:13 İdmanAntalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ilk oyununu keçirib. "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan təmsilçimiz 0:2 hesabilə məğlub olub. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" toplanış çərçivəsində ikinci oyunu yanvarın 15-i baş tutacaq. "Qəbələ" "Kunduspor"un 17 yaşlıları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 20:30-da start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31