Bu gün Konkur üzrə “Qış Kuboku” adlı Beynəlxalq Turnirə start veriləcək
15 Yanvar 2015 11:14 İdmanBu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "Sərhədçi Atçılıq Mərkəzi"-nin qapalı manejində atçılığın konkur növü üzrə "Qış Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Yarış 3 gün davam edəcək Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları qatılacaq. Yarışlarda ümumilikdə 20-ə yaxın idmançı və 40-a yaxın at iştirak edəcək. "Qış kuboku"na Azərbaycan, Türkiyə, Bolqarıstan, İrandan və Rusyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 45500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.
Ünvan: Novxanı qəsəbəsi
Sərhədçi Atçılıq mərkəzi, Bakı AZ 1045, Azərbaycan
Telefon nömrəsi: +99 412 565 31 51
Mobil: +99 455 920 99 51
Faksnömrəsi: +99 412 565 31 52 e-mailadresi: [email protected] websayt: www.araf.az