Pelleqrini: "Messini transfer etmək imkanımız var"
14 Yanvar 2015 19:55 İdman"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini "Barselona"nın futbolçusu Lionel Messini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.az yaydığı xəbərə görə, o, "Mançester Siti"nin argentinalı hücumçunu ala biləcək gücdə olduğunu deyib: "Transfer pəncərəsində Messinin adının "Mançester Siti" ilə hallanması normaldır. Çünki ulduz futbolçuları heyətimizə cəlb etmək üçün pulumuz var. İngiltərədə bir çox klubun maddi durumu yaxşıdır. Ancaq İspaniyada cəmi dörd klub ulduz futbolçular ala biləcək gücə sahibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31