Yan Verselyen “Neftçi”ni məşqə çıxardı

"Neftçi" PFK-nın 15 yaşlı futbolçulardan ibarət komandası "Bayıl Arena"da sürət və dözümlülük testindən keçiblər. Təlimə AFFA İcraiyyə Komitəsinin qərarı ilə "Neftçi"nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, klubun aşağı yaş qrupu komandalarının koordinatoru Asif Əliyev və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik ediblər. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçular 30 və 60 metr məsafəyə qaçışda yoxlanıblar. Qeyd edək ki, oxşar təlimlər mütəmadi şəkildə təşkil olunacaq və futbolçuların hazırlıq səviyyəsi dəqiqliklə qiymətləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31