“Qarabağ” dünyanın ən güclüləri arasında
14 Yanvar 2015 16:37 İdmanBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünyanın 100 ən yaxşı klubu sırasında "Qarabağ" da yer alıb. Komanda 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb. Siyahıya isə 381 xalla Madridin "Real" klubu liderlik edir. "Bavariya" ikinci, "Atletiko" isə üçüncü pillədə qərarlaşıb.
2014-cü ilin ən yaxşı iyirmi klubu aşağıda adları qeyd olunanlardır:
1. "Real" (İspaniya) - 381 xal
2. "Bavariya" (Almaniya) - 376
3. "Atletiko" Madrid (İspaniya) - 267
4. "Barselona" (İspaniya) - 251
5. "Atletiko" Nasyonal (Kolumbiya) - 249,5
6. "Yuventus" (İtaliya) - 245
7. "Arsenal" (İngiltərə) -233
7. "Napoli" (İtaliya) - 233
9. "River Pleyt" (Argentina) - 228
10. "Zalsburq" (Avstriya) - 228
11. "Çelsi" (İngiltərə) - 228
12. "Benfika" (Portuqaliya) - 227
13. PSJ (Fransa) - 223,5
14. "Kruzeyro" (Braziliya) - 219
15. "Portu" (Portuqaliya) - 217,5
16. "Atletiko Mineyro" (Braziliya) - 208
17. "Styaua" (Rumıniya) - 205
18. "San Lorenso" (Argentina) - 204
19. "Sparta" (Çexiya) - 202,5
20. "Sevilya" (İspaniya) - 202