“Qarabağ” hazırlıqlarını davam etdirir
14 Yanvar 2015 16:36 İdman"Qarabağ" FK Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Hazırlığın növbəti günündə komandamızın proramında 2 məşq olub. Klub ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da başlayıb. 2 günlük aradan sonra Antalyada yağış kəsib. Buna baxmayaraq komandamızın məşqi yüksək əhval ruhiyyədə keçib. Çalışma 90 dəqiqə davam edib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, isinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər. "Qarabağ" ikinci məşqinə axşam saatlarında çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31