“Qəbələ”nin yeni rəqibi bəlli oldu

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qəbələ"nin daha bir sınaqçı rəqibi müəyyənləşib. "Qırmızı-qaralar" təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın "Kuban" klubuna qarşı keçirəcək. Krasnodar təmsilçisi ilə oyun yanvarın 23-də baş tutacaq. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, matç rusiyalıların məşq keçdiyi "Bellis" idman kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq. Rusiya Premyer Liqasında çıxış edən "Kuban" 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb. Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən "qırmızı-qaralar" bu gün Türkiyə "Əskişəhərspor"u ilə üz-üzə gələcək. "Kuban"la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31