«Qəbələ»nin oyun proqramında dəyişiklik edildi
14 Yanvar 2015 12:34 İdmanTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunlarının vaxtında dəyişiklik baş verib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdır. Həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun yetirmələri yanvarın 22, 25 və 29-da deyil, 23, 25 və 27-də gücünü sınayacaq. Qeyd edək ki, "Qəbələ" yanvarın 28-i axşam saatlarında vətənə qayıdacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31