Oğuz Çətin yenidən “Xəzər Lənkəran”da
13 Yanvar 2015 19:50 İdman"Xəzər Lənkəran"la yolları ayrılan Oğuz Çətin bu gün cənub klubunun düşərgəsinə baş çəkəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Antalyada olan "ağ-yaşıllar"ı ziyarət edəcək. Axşam saatlarında "Xəzər Lənkəran"ın qaldığı "Crystal Tat Beach Hotel"ə təşrif buyuracaq Çətin klub rəhbərliyi, məşqçi və futbolçularla görüşəcək. O, Antalyanı sabah tərk edəcək.
Qeyd edək ki, Çətin məşqçilik karyerası ərzində "Fənərbağça", "Kayseri Erciyesspor", "Gənclərbirliyi" və "Diyarbakırspor" klublarında, həmçinin Türkiyə yığmasında işləyib. Onun gedişindən sonra "Xəzər Lənkəran" Elbrus Məmmədova həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31