Muntyanu II liqanın II seriyasında özünə iş tapdı

"Qəbələ"dəki məşqçilik fəaliyyəti uzun çəkməyən Dorinel Muntyanu yenidən ölkəsi Ruminayada fəaliyyət göstərəcək. Apasport.az saytının məlumatına görə, o, "Metalul Reşitsa" klubu ilə anlaşıb. Muntyanu adıçəkilən klubun idman direktoru vəzifəsinə təyin edilib. Rəhbərlik bununla baş məşqçi Daniel Opritanın işini asanlaşdırmaq istəyib. Belə ki, Muntyanu öz məsləhətləri ilə Opritaya yardımçı olmalıdı.

Qeyd edək ki, Rumıniyanın II liqasının II seriyasında çıxış edən "Metalul Reşita" klubu 14 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31