Sabah güləşçilərimizin rəqibləri məlum olacaq

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq. Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq. Ötən ilin dünya çempionatında göstərdiyi nəticələrə görə hər üç növ üzrə güləş yığmamız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31