Elnur Mustafazadə “Qəbələ”nin tarixinə düşdü

Qış fasiləsində hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ"nin təlim-məşq toplanışında klubun futbol akademiyasının 5 yetirməsi də iştirak edir. Onlardan biri Elnur Mustafazadədir ki, bu il 20 yaşını qeyd edəcək yarımmüdafiəçi artıq klubun tarixinə düşməyi bacarıb. Belə ki, o, "Qəbələ"nin tarixində rəsmi matçlarda meydana çıxan ən gənc futbolçudur. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2011/12 mövsümündə 2012-ci il aprelin 29-da "Bakı" ilə ev matçının (4:0) 73-cü dəqiqəsində Dodonu əvəzləyən yarımmüdafiəçi 16 yaş 7 ay 25 günlüyündə əsas komandada debüt edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31