Güləşçilər ilk təlim-məşq toplanışında
13 Yanvar 2015 14:40 İdmanGüləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıb. AGF-dən "OLAYLAR"-a verilən məlumata görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. Yanvarın 7-dən başlayan və yanvarın 24-dək davam edəcək Kislovodsk təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edir. Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31