Prosineçki Bakıda filmə çəkildi VIDEO

"Auto-Azerbaijan" şirkəti və AFFA-nın tərəfindən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin iştirakı ilə qısa film çəkilib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Prosineçki burada futbol, Bakı və ona verilmiş xidməti avtomobil haqqında danışıb. Bakı haqqında buraya gəlməzdən əvvəl müəyyən məlumatı olduğunu deyən xorvatiyalı keçmiş futbolçu şəhərin görmək istədiyi məşhur yerlərini seçib və idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobilin naviqasiya sistemi ilə gəzintiyə çıxıb. Prosineçkini yol boyu müşayiət edən kamera onun futbol həyatı barədə danışdıqlarını, Azərbaycan futbolu və futbolçuları, azərbaycanlılar, Bakı haqqında təəssüratlarını qeydə alıb. Azərbaycanda futbol üçün gözəl şərait yaradıldığından danışan Prosineçki burada gözlənilməzliklə də qarşılaşdığını dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31