“Messinin dönəmində yaşadığımız üçün özümüzü şanslı saymalıyıq”
Sənan Şəfizadə: “Qalib mühakimə olunmur”
13 Yanvar 2015 13:28 İdman"Bu iki dahi futbolçunun dönəmində yaşadığımız üçün özümüzü şanslı saymalıyıq". "Olaylar"ın məlumatına görə, İspaniyanın "Real Madrdi" FK-nun ulduz oyunçusu Kristiano Ronaldonin "Qızıl top" mükafatı almasına münasibət bildirən, futbol şərhçisi Sənan Şəfizadə belə bir iddia ilə çıxış edib. "Son illər Qızıl Topa əsas iki namizədin adı çəkilir, bu iki dahi futbolçunun dönəmində yaşadığımız üçün özümüzü şanslı saymalıyıq. Onların rəqabəti inkişaf etmələrinə təkan olur. Dəqiq cavab vermək çətindir - Messi yoxsa Ronaldo, və ya Ronaldo yoxsa Messi. Bu dəfə Ronaldo qazandı, özü də 3-cü dəfə ən yaxşı seçildi. Layiq idi sualına ehtiyac yoxdur. Qalib mühakimə olunmur" - deyə S.Şəfizadə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31