Millinin məşqçiləri klubların və U-17-nin məşqinə baxıb
13 Yanvar 2015 13:21 İdmanTürkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məqşçiləri Elxan Abdullayev, Draqan Spasiç və Qordan Tsipriç "İnter" klubunun məşqini izləyib. "Neftçi" klubunun hazırlıq prosesi barədə məlumat almaq üçün Mahmud Qurbanov və Faiq Əzizov komandanın məqşçiləri ilə görüşüb, sonra isə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqində olublar. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Mahmud Qurbanov və Draqan Spasiç "Qarabağ" klubunun da məşqini izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31