İki futbolçumuz İspaniya klubunda
13 Yanvar 2015 11:40 İdmanMüxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, U-19-un üzvləri Şəfəq Nəsirova və Maya Danqadze İspaniyanın "Deportivo Kanillas" klubuna keçib. Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31