Rəşad Sadıqovun seçimi doğru çıxdı
13 Yanvar 2015 11:25 İdmanFutbol üzrə milli komandamızın kapitanı Rəşad Sadıqovun "Qızıl top"a layiq gördüyü futbolçunun adı bəlli olub. Apasport.az xəbər verir ki, Sadıqov ilk sıraya portuqaliyalı Kriştianu Ronaldonun adını yazıb. Bu da "Qarabağ"ın müdafiəçisinin seçiminin doğru olduğunu göstərir. Rəşad Sadıqov növbəti iki pillə üçün isə Manuel Noyer və Aryen Robbenin adını qeyd edib.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi qismində səs verən Mahmud Qurbanov isə müvafiq olaraq Aryen Robben, Anxel di Mariya və Kriştianu Ronaldoya səs vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31