Yoahim Löv ilin ən yaxşı baş məşqçisi seçildi
13 Yanvar 2015 10:21 İdmanFİFA 2014-cü ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.Apasport.az saytının məlumatına görə, bu, Almaniya millsinin çalışdırıcısı Yoahim Lövdü.Bundestimi dünya çempionu edən təcrübəli mütəxəssis respondentlərin 36,23% səsini qazanıb. İkinci yeri 2013/2014 mövsümüdə "Real"la Çempionlar Liqasına sahib olan Karlo Ançelotti (22,06%) tutub. 19,02% səslə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə üçüncü yerdə qərarlaşıb.Qeyd edək ki, 54 yaşlı Löv 2006-cı ildən Almaniya yığmasında işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31