UEFA 11-liyi açıqladı
9 Yanvar 2015 19:15 İdmanUEFA 2014-cü ilin ən yaxşı 11 futbolçusunun seçilməsi üzrə səsvermənin nəticələrini açıqlayıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, UEFA seçim etmək üçün 14 klub və 19 ölkədən 40 futbolçudan ibarət siyahı təqdim etmişdi. Ən yaxşı futbolçuların 4-ü "Bavariya", 3-ü isə Madrid "Real"ının üzvüdür. 11-lik aşağıdakı kimidir: qapıçı - Manuel Noyer; müdafiəçilər - Serxio Ramos, Filip Lam, Diyeqo Qodin, David Alaba; yarımmüdafiçilər - Aryen Robben, Toni Kros, Di Mariya; hücumçular Lionel Messi, Zlatan İbrahimoviç, Kriştiano Ronaldo.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31