An Ki-Su Azərbaycan yığmasını Cənubi Koreyaya dəvət etdi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə keçirilmiş Azərbaycan - Cənubi Koreya oyunundan sonra hər iki komandanın baş məşqçisi oyun barədə öz fikirlərini jurnalistlərə bildiriblər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam komandasının yorğun olduğunu bildirib. "Bu da ikinci hissədə özünü göstərdi. Ardıcıl 2 gərgin oyun keçirmək çıxışımıza ciddi təsir göstərdi. Futbolçular bacardıqlarını etdilər. Komandamla fəxr edirəm. Qarşıda daha bir oyunumuz var. Futbolçularım həmin oyunu artıq indidən səbirsizliklə gözləyirlər. Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq" - deyə Adam qeyd edib. An İk-Su (Koreya yığmasının baş məşqçisi): "Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi. Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi. Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan yığması yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim". Qeyd edək ki, qarşılaşma 3-0 hesabı ilə Cənubi Koreya yığmasının qələbəsilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31