"Olimpiakos"un yeni baş məşqçisi müəyyənləşdi
8 Yanvar 2015 17:50 İdmanYunanıstanın "Olimpiakos" klubunun yeni baş məşqçisi müəyyənləşib. Qol.az xəbər verir ki, Joze Miçel Qonzalesin istefaya göndərilməsindən sonra boş qalmış məşqçi vəzifəsinə Vitor Pereyra gətirilib. 46 yaşlı mütəxəssislə 2016/2017 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, V.Pereyra 2011-2013-cü illərdə baş məşqçilik etdiyi "Portu" ilə 2 dəfə ölkə çempionatını və Portuqaliya superkubokunu qazanıb. Onun son iş yeri Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31