Eddi İsrafilov Azərbaycan millisində!
8 Yanvar 2015 17:25 İdmanİspaniyanın "Qranada" klubunda çıxış edən Eddi İsrafilov, nəhayət ki, Azərbaycan millisində oynamağa razılıq verib. Apasport.az saytının məlumatına görə, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Az öncə başa çatan görüşdə tərəflər Eddi İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə edib. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu "Mursiya"ya məxsusdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31